GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİNDƏ İPOTEKA KREDİTLƏRİ ÜÇÜN20 MİLYON MANAT VƏSAİT NƏZƏRDƏ TUTULUB
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkədə ən ciddi və mühüm problemlərdən biri olan gənc nəslin sosial-məişət, əsasən də, mənzil şəraitinin yaxşılaşdırılması üçün hazırda maliyyə mənbələri axtarılır. Bu istiqamətdə “İpoteka haqqında” Qanunun tətbiqi ilə əlaqədar, 2006-cı ilin dövlət büdcəsində 20 milyon manat və ya 2005-ci illə müqayisədə 14 milyon manat çox vəsait nəzərdə tutulmuşdur. Yaxın zamanlarda İpoteka Bankının yaradılması da reallaşacaqdır.
Əhalini narahat edən digər vacib məsələ isə əmanətlərin indeksləşdirilməsidir. Bu məqsəd üçün də büdcədə 40 milyon manat vəsait nəzərdə tutulmuşdur. Hazırda bununla bağlı müvafiq qanun layihəsi və ödəniş mexanizmləri üzərində ciddi iş gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:48]
® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb
- 06.10.2026 [11:34]