Gənc iqlim fəalları İsveç dövlətinə qarşı iddia qaldırıblar
Stokholm, 6 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Gənclərin iqlim qrupu olan “Aurora” İsveç dövlətinə qarşı bir daha iddia qaldıraraq, onu iqlim dəyişikliyi ilə mübarizədə yetərli tədbirlər görməməkdə və insan hüquqlarını pozmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, fəallar İsveçin hazırkı iqlim siyasətinin gənc nəsillərin gələcək həyatına və sağlamlığına təhdid olduğuna, habelə Paris Sazişinin məqsədləri ilə ziddiyyət təşkil etdiyinə inanırlar.
“Aurora” iddia edir ki, yüksək emissiyalara malik varlı bir ölkə olan İsveçin idxal olunan mallardan tullantıları azaltmaq da daxil olmaqla daha çox iş görmək öhdəliyi var. Fəallar məhkəmədən dövlətin həyat, sağlamlıq və rifah hüquqlarını qorumaq üçün qanuni öhdəliklərini pozub-pozmadığını müəyyən etməsini tələb edirlər.
Oxşar iddia əvvəllər texniki səbəblərdən rədd edilmişdi, lakin bu dəfə o, “Aurora”nın özü tərəfindən qaldırılır. Bundan əlavə, iddiaçıların mövqeyi Avropa İnsan Hüquqları Məhkəməsinin və Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin son qərarları ilə güclənir. Belə ki, bu qərarlar dövlətlərin iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq öhdəliyini tanıyır.
Ekspertlər hesab edirlər ki, “Aurora”nın qalib gələcəyi təqdirdə məhkəmə konkret tədbirlər müəyyən etməyəcək, amma dövlətin hərəkətlərini qeyri-kafi hesab edə bilər ki, bu da hökumətə və parlamentə ciddi təzyiq yaradacaq. Fəallar məhkəməyə getməyin normal demokratik prosesin bir hissəsi və qanuna riayət olunmasını təmin etməyin yolu olduğunu vurğulayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [16:00]
Pakistanda antiterror əməliyyatı: 24 silahlı zərərsizləşdirilib
- 06.02.2026 [15:52]
“Kristina” qasırğası Portuqaliyaya azı 4 milyard avro ziyan vurub
- 06.02.2026 [15:41]
Türkiyədə zəlzələ olub
- 06.02.2026 [14:44]