GƏNC TAMAŞAÇILAR TEATRI A.S.PUŞKİNİN NAĞILININ MOTİVLƏRİ ƏSASINDA TAMAŞA TƏQDİM ETMİŞDİR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 11-də Aktyor Evinin səhnəsində Aleksandr Puşkinin qızıl xoruz haqqında nağılının motivləri əsasında “Taxt-tac, Dadon və Şamaxı çariçası” fantaziya tamaşasını təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, nağıl Mədəniyyət və Turizm Nazirliyi ilə Teatr Xadimləri İttifaqının milli teatrımızın 134 illiyi münasibətilə təşkil etdikləri gənc rejissorların “Yeni teatr” Respublika festivalı çərçivəsində səhnələşdirilmişdir.
Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Tural Vaqifoğlunun (elmi rəhbəri xalq artisti Azərpaşa Nemətovdur) quruluş verdiyi tamaşanı canlılıq və yenilik fərqləndirir. Rejissorun Puşkinin məşhur nağılının səhnə təcəssümünə yeni ruhda yanaşmasına baxmayaraq, əsər balaca tamaşaçının başa düşəcəyi tərzdə təqdim olunmuşdur.
Rolları teatrın aktyorları Rasim Cəfərov, Ramil Əzimov, Aleksey Saprıgin, İlham Əsədov, Gövşər Şərifova, Yuliya Baytimova, Venera Abbasova, Yelena Şetinkina, Lalə Bağırova, Oleq Vorobjanski, Zümrüd Məmmədova, Firuzə Balayeva oynamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]