GƏNCƏ KUKLA TEATRI BEYNƏLXALQ FESTİVALA HAZIRLAŞIR
May ayında Bolqarıstanda keçirilən ənənəvi kukla teatrları festivalının laureatı adına layiq görülmüş Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi daha bir sənət sınağına hazırlaşır. Kollektiv bu yaxınlarda Ukraynanın İvano-Frankovsk şəhərində keçiriləcək III Beynəlxalq festivalda iştirak edəcəkdir. Yalnız klassik əsərlərin nümayiş etdiriləcəyi bu sənət bayramında gəncəlilər Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının motivləri əsasında hazırlanmış “Xeyir və şər” tamaşasını göstərəcəklər.