GƏNCƏDƏ HEYDƏR ƏLİYEV PROSPEKTİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin adının əbədiləşdirilməsi ilə bağlı daxil olmuş çoxsaylı müraciətlər nəzərə alınaraq Gəncənin ən böyük prospektlərindən birinə ulu öndərimizin adı verilmişdir.
Qısa vaxt ərzində prospektdə böyük abadlıq və quruculuq işləri görülmüş, işıqlandırma sistemi yeniləşdirilmiş, 8 ədəd fəvvarə yaradılmışdır. Hazırda prospektin mərkəzində Azərbaycanın rəmzi olan ay-ulduz embleminin quraşdırılması üçün tədbirlər görülür.