GƏNCƏDƏ İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 2004-cü ildə Gəncənin sənaye müəssisələrində istehsalın həcmi əvvəlki ilə nisbətən nəzərəçarpacaq dərəcədə yüksəlmiş, avtomobil zavodu uzun sürən danışıqlardan sonra fəaliyyətə başlamış, əhalinin pul gəlirləri xeyli artmışdır. Sahibkarlar üçün yaradılan normal və sağlam şərait yeni istehsal sahələrinin yaranmasına səbəb olmuş, 4300 nəfər iş yeri qazanmışdır. Abadlıq və quruculuq işləri də uğurla davam etdirilmiş, il ərzində 47 küçədə təmir işləri aparılaraq onlara asfalt döşənmişdir.
Şəhər icra hakimiyyətinə daxil olan ərizə və şikayətlərin sayı azalmışdır.
Bütün bunlar barədə şəhər icra hakimiyyətində ötən ilin yekunlarına həsr olunmuş yığıncaqda danışılmışdır. Çıxış edənlər bu nailiyyətləri Respublika Prezidenti İlham Əliyevin Gəncəyə olan qayğısının məntiqi nəticəsi kimi qiymətləndirmişlər. Yığıncaqda uğurlarla yanaşı, işdə yol verilən nöqsanlardan da söz açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]