Gəncədə narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb
Bakı, 16 avqust, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərən şəxsi saxlayıblar. Şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Əhmədlinin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilən və ümumi çəkisi 93 kiloqram 330 qram olan 64 çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.