GƏNCƏDƏ NİZAMİ POEZİYA GÜNLƏRİ KEÇİRİLMİŞDİR
Dahi söz ustası Nizami Gəncəvinin irsinə öz məhəbbətlərini ifadə edən qədirbilən gəncəlilər şairin poeziya günlərini bu dəfə də böyük ruh yüksəkliyi ilə keçirdilər. Şəhər ictimaiyyətinin nümayəndələri, məktəblilər əvvəlcə qədim Gəncə barədə rəsm sərgisinə tamaşa etdilər. Şairin şəhərin mərkəzində ucalan abidəsi önündə qısa mitinq keçirildi. Məktəblilər şerlər söylədilər və abidənin önünə tər çiçək dəstələri qoyuldu. Sonra tədbir iştirakçıları Nizami Gəncəvinin yenicə təmirdən çıxmış məqbərəsinə yollandılar. Milli geyimli məktəblilər tədbir iştirakçılarını Nizami Gəncəvinin şerləri və kəlamları ilə salamladıqdan sonra, ölməz şairin qəbri ziyarət edildi, dualar oxundu, qəbrin üstünə tər çiçək dəstələri düzüldü, məqbərə önündə təntənəli poeziya bayramı keçirildi. Şairlər, yazıçılar, Nizami irsinin tədqiqatçıları çıxış edərək ürək sözlərini söylədilər. Dahi şairin sözlərinə bəstələnmiş musiqi əsərləri səsləndi. Bütün şəhər sakinləri park və xiyabanlarda təşkil edilmiş bayram tədbirlərində iştirak etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]