Gəncədə qida təhlükəsizliyi tələblərinin pozulduğu müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Təbriz küçəsi 100 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Yusibov Zaur Füzuli oğluna məxsus “Ballı” şirniyyat istehsalı müəssisəsində yoxlama keçiriblər. Baxış zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.