Gəncədə stasionar postda COVID-19 xəstəsi müəyyən edilib
Bakı, 12 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları koronavirusla mübarizə tədbirlərini mütəmadi olaraq davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhərin girişində qurulmuş stasionar postda Gəncəyə daxil olmaq istəyən sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduğu aşkarlanıb. Müvafiq yoxlama zamanı şəhər ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakini Dursun Babazədənin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar olunduğu müəyyənləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Zaur Cavadovun da yaşadığı ünvanı tərk etməsi və beləliklə COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar olunub. Həmin şəxs müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]