Gəncədə xalq qəhrəmanı Cavad xanın xatirəsini anma günündə meydan tamaşası göstəriləcəkdir
Gəncə, 8 yanvar (AZƏRTAC). Gəncədə bu şəhərin sonuncu xanı Cavad xanın şəhid olmasının ildönümünə həsr edilmiş meydan tamaşası göstəriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yanvarın ikinci ongünlüyündə xalq qəhrəmanının adını daşıyan küçədə nümayiş etdiriləcək tamaşanın artıq son məşqləri gedir.
Tamaşa zamanı Cavad xanın vəsiyyətləri səslənəcək, Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında onun işğalçılara qarşı mübarizəsi mümayiş olunacaqdır. Bundan əlavə, meydan tamaşasında 1804-cü ildə xalq qəhrəmanının rus generalı Sisianovun başçılıq etdiyi orduya qarşı qeyri-bərabər döyüşlərini əks etdirən səhnələr də yer alacaqdır.
Tamaşadan əvvəl şəhər ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Cavad xanın məqbərəsini ziyarət edəcək və onun məzarı üstünə gül dəstələri düzəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]