GƏNCƏDƏKİ TEXNOLOGİYA UNİVERSİTETİNDƏ ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi Azərbaycan Texnologiya Universitetində əmək yarmarkası keçirmişdir.
Gəncənin 40-dan artıq idarə, müəssisə və təşkilatından yarmarkaya çıxarılan 114 iş yerinin demək olar ki, hamısı universiteti bitirən məzunların ixtisaslarına uyğun olmuşdur. Bütün gün davam edən yarmarkada 70 nəfərdən artıq universitet məzunu özünə daimi iş yeri tapmışdır.
Universitetin rektoru Telman Məlikov AZƏRTAC-ın müxbirinə demişdir ki, məzunlarımız üçün əmək yarmarkası ikinci ildir keçirilir. Keçənilki yarmarkada 50 nəfərədək məzunumuz ixtisaslarına uyğun işlə təmin olunmuşdu. Builki yarmarkada iş yerləri daha çox olmuşdur. Belə tədbirlərin keçirilməsi tələbələr arasında ruh yüksəkliyi yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:55]
Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?
- 11.06.2026 [16:46]
® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb
- 11.06.2026 [16:18]
Bakı metrosu yay qrafikinə keçib
- 11.06.2026 [16:13]
İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür
- 11.06.2026 [16:13]