Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Bakı, 3 oktyabr, AZƏRTAC
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. İkinci yarış günündə körpücük üzərinə ağır çəkili idmançılar çıxıblar.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yaşı 20-dək olan idmançılar arasında 96 kiloqram çəki dərəcəsində 248 kiloqram (117+131) nəticə göstərən Canəli Əsədov, 109 kiloqram çəki dərəcəsində isə 250 kiloqram (1110+140) nəticə ilə Fuad Hümbətli qızıl medal qazanıblar.
Yaşı 23-dək olan idmançılar arasında isə 102 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə 249 kiloqram (112+137) nəticə ilə Əliş Nəzərov qalxıb.
Yarışda ölkənin bütün regionlarından 100-ə yaxın atlet iştirak edib.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]
Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]