CƏMİYYƏT
Gənclər psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar
![](/files/galleryphoto/2023/3/1200x630/16982221224002435605_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982221221364364073_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982221226521627980_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də narkotiklə mübarizədə yaxından çalışan qurumların nümayəndələrinin gənclər təşkilatları və fəal gənclər ilə “Globus Center”də növbəti görüş təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Görüş Komissiyanın daimi fəaliyyət göstərən İşçi qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Daxili İşlər Nazirliyi Baş Narkotiklə Mübarizə İdarəsinin nümayəndələri və Bakı şəhər Narkolojı Mərkəzinin həkim-narkoloqu çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərinin səmərəliliyindən, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilib. İştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.