GƏNCLƏR VƏTƏNƏ SƏDAQƏT ANDI İÇMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Mingəçevirin Səməd Vurğun meydanında çağırışçı gənclərin Milli Ordu sıralarına təntənəli yolasalma mərasimi keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Lütfəli Babayev, müharibə veteranları, valideynlər Vətənə hərbi xidmətin şərəf və məsuliyyətindən danışmış, gənclərə arzu və məsləhətlərini bildirmiş, xeyir-dua vermişlər. Çağırışçı gənclər Vətənə sədaqət andı içmiş, Milli Ordu sıralarında ləyaqətlə xidmət keçəcəklərini bildirmişlər.