Gənclərin “Zərif qəhrəmanlar”la görüşü olub
Bakı, 10 mart, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə gənclərə vətənpərvərlik hissinin aşılanması məqsədilə 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif qəhrəmanlar” adlı onlayn görüş keçirilib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, zoom platformasında teleaparıcı Turanə Hüseynlinin moderatorluğu ilə keçirilən görüşdə şəhid general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva və Qarabağ qazisi Gülpəri Sərkərova, “Veteran Xanımlar” İctimai Birliyinin sədri Radə Abbas qonaq qismində iştirak ediblər.
Zərif qəhrəmanlar çıxışlarında Vətənin ən ağır günlərində Azərbaycan qadınının mərdliyindən, möhkəm iradəsindən, Vətən müharibəsində ölkəmiz üçün qazanılan tarixi qələbədə qadınlarımızın xüsusi rolundan, fədakarlıq və şücaətindən söz açıb, gənclərlə öz dəyərli tövsiyələrini bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:21]
ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır
- 07.10.2026 [11:12]
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO
- 07.10.2026 [11:02]
Aqrar Subsidiya Şurası yaradılacaq
- 07.10.2026 [10:58]
Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir
- 07.10.2026 [10:55]
Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
- 07.10.2026 [10:53]
DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]