Geologiya və Geofizika İnstitutunun magistraturasına növbəti qəbul aparılır
Bakı, 8 iyun, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutu geologiya mühəndisliyi və geofizika mühəndisliyi ixtisasları üzrə magistraturaya dövlət sifarişi əsasında növbəti qəbul aparır. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Magistrantlar üçün tədris müəssisənin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılır. Qəbul olan gənclər təhsil müddətində təqaüd almaqla yanaşı, institutun müvafiq şöbələrində 0,5 ştat vahidi əsasında işlə təmin ediləcəklər.
Geologiya və Geofizika İnstitutunun Elmi şurasının qərarı ilə magistr dissertasiya işlərinin mövzuları onların çalışdıqları şöbələrdə prioritet istiqamətlər üzrə aparılan elmi tədqiqatlara müvafiq seçilir. Bu isə onlara elmi tədqiqat işləri ilə yaxından tanış olmağa və magistr dissertasiya işlərini sərbəst yerinə yetirməyə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [20:03]
Azərbaycanlı alim beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
- 02.06.2026 [19:59]
Agentlik: 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb
- 02.06.2026 [17:17]
“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət
- 02.06.2026 [16:57]
Ədəbiyyat İnstitutunun əməkdaşı Prezident təqaüdünə layiq görülüb
- 02.06.2026 [16:37]