“Gomhuriyya” qəzeti: Qarabağda infrastrukturu məhv edən Ermənistan məsuliyyətə cəlb ediləcək
Qahirə, 17 noyabr, AZƏRTAC
Misirin “Gomhuriyya” qəzetinin saytı “Azərbaycan Prezidenti Qarabağda infrastrukturu məhv edən Ermənistanın məsuliyyətə cəlb ediləcəyini bildirib” sərlövhəli xəbər yayıb.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə infrastrukturu məhv edən Ermənistanın beynəlxalq məhkəmə instansiyaları vasitəsilə məsuliyyətə cəlb olunacağı barədə fikirləri yer alıb. Qeyd olunub ki, Cəbrayıl şəhərini ziyarət edən dövlət başçısı burada mülki binaların hamısının dağıdıldığını deyib.
Xəbərdə vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanın 30 il ərzində mülki obyektlərə vurduğu bütün ziyanın beynəlxalq institutlar və ekspertlərin iştirakı ilə müəyyənləşdiriləcəyi və təzminat ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyini bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]