İQTİSADİYYAT
Gömrük əməkdaşları yoxlama zamanı külli miqdarda gümüş aşkar ediblər
Bakı, 28 oktyabr, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.