REGİONLAR
Göyçayda şəhid Sənan Məmmədovun üçüncü ildönümü qeyd olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Göyçay rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Sənan Tehran oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edənlər şəhidin əziz xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəsindən və şəhid Sənan Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Anım mərasimində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Sənan Məmmədov 21 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.