Göygöl rayonunda Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş kitab sərgisi keçirilib
Gəncə, 31 mart, Rauf Hacıyev, AZƏRTAC
Göygöl şəhər Mərkəzi Kitabxanasında 31 mart soyqırımı qurbanlarının xatirəsi ədəbi-bədii kompozisiya ilə anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçılarına azərbaycanlıların soyqırımından bəhs edən slayd təqdim edilib, məktəblilər Vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.
Sonra iştirakçılar “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi ilə tanış olublar.