SİYASƏT
Göygöl rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir
Göygöl, 23 iyun (AZƏRTAC, Sabir Əliyev). Göygöl şəhərində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Tədbirdə bildirilmişdir ki, ölkəmizdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı bir sıra islahatlar aparılmış, inzibati sistemin tənzimlənməsinə dair kifayət qədər qanunlar qəbul olunmuş, dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmışdır. Diqqətə çatdırılmışdır ki, hazırda rayonda 150-dən artıq dövlət qulluqçusu çalışır. Son illərdə onların üç nəfəri bir sıra orden və medallarla təltif olunmuşdur.
Dövlət qulluğunda fərqlənənlərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]