Güclü leysan Goranboyda təsərrüfatlara ziyan vurub
Goranboy, 24 avqust, Rauf Hacıyev, AZƏRTAC
Avqustun 23-ü güclü leysan yağış nəticəsində yaranmış sel suları Goranboy rayonunun 5 yaşayış məntəqəsindəki təsərrüfatlara - 4 hektar pambıq, 27 hektar yonca və 60 hektar şum-əkin sahəsinə, o cümlədən 25 fərdi yaşayış evinə ciddi ziyan vurub, 8 yaşayış məntəqəsində 3789 abonentin elektrik təminatında fasilələr yaranıb.
Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Fövqəladə Hallar Komissiyasının üzvləri yaranmış hadisə ilə bağlı dərhal yerlərdə olub, fəsadların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görülüb.
Gün ərzində 8 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilib.