Güclü qar səbəbindən Gürcüstanın qərb bölgəsində bir sıra problemlər yaranıb
Tbilisi, 27 fevral, AZƏRTAC
Güclü qar səbəbindən Gürcüstanın qərb bölgəsində bir sıra problemlər yaranıb. İmereti bölgəsində 5 bələdiyyədə vəziyyət çətin olaraq qalır. Bir neçə kəndlə əlaqə kəsilib. Rabitə əlaqəsi yaratmaq çətin olan kəndlərin sayı isə bir qədər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısı bildirib ki, bir çox yerlərdə vəziyyət hələ də ağırdır, lakin intensiv iş aparılır və vəziyyət hər keçən saat yaxşılaşır. İki-üç gün ərzində problemlər aradan qaldırıla bilər.
Onun sözlərinə görə, yerli hakimiyyət orqanları, eləcə də xilasedicilər müxtəlif formalarda bu kəndlərə mümkün qədər daxil olmağa çalışırlar. Elektrik enerjisinin verilişində də problemlər var, lakin işlər sürətlə gedir və bir neçə gün ərzində enerjinin verilişi bərpa olunacaq.
Qeyd edək ki, Gürcüstanın qərb bölgəsinə yağan güclü qar bir sıra problemlər yaradıb, 60-dan çox evin damı çöküb, bir neçə avtomobil qar uçqununun altında qalıb.
Baş nazir İrakli Kobaxidze, Prezident Mixeil Kavelaşvili və digər dövlət və hökumət rəsmiləri İmereti bölgəsinə səfər edərək yaranmış vəziyyətlə yerindəcə tanış olublar. Qarın yaratdığı problemlərin aradan qaldırılmasına hərbçilər də səfərbər olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]