Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb
Tbilisi, 15 yanvar, AZƏRTAC
Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkilərində mümkün saxtakarlıq faktları ölkənin Baş Prokurorluğunda araşdırılır.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluq ölkədə keçirilmiş parlament seçkilərində mümkün saxtakarlıq faktları ilə bağlı aparılan istintaqın ara nəticələrini açıqlayıb. Baş Prokurorluğun məlumatına əsasən, indiyədək 800-ə yaxın istintaq və prosessual tədbir həyata keçirilib. Xarici ekspertlərin iştirakı ilə bir sıra istintaq eksperimentləri keçirilib və müvafiq ekspertizalar təyin olunub.
Məlumatda deyilir ki, məhkəmədə dindirilən şahidlərin əksəriyyəti istintaqa heç bir sübut təqdim edə bilməyib və onların arqumentləri yalnız üçüncü şəxslərdən alınmış dəqiqləşdirilməmiş məlumatlara əsaslanıb. Bəzi şahidlər isə bildiriblər ki, seçkilərin saxtalaşdırılması ilə bağlı açıqlamaları konkret faktlara deyil, profilaktik tədbirlərə xidmət edib.
Baş Prokurorluqda, eyni zamanda, cinayət işi üzrə 400-ə yaxın fiziki şəxs dindirilib. Hazırda şahidlərin dindirilməsi prosesi davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]