Gürcüstan Ermənistanı yalan və yoxlanılmamış məlumatlar yaymaqda ittiham edib
Tbilisi, 17 iyul, AZƏRTAC
Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Ermənistan tərəfini yalan və yoxlanılmamış məlumatlar yaymaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, Gəlirlər Xidməti bununla əlaqədar bəyanat yayıb.
Xidmət bəyan edir ki, Ermənistan yüklərinin, o cümlədən sıxılmış qaz məhsullarının Gürcüstan ərazisində “bloklanması” ilə bağlı yayılan məlumatlar tamamilə yalandır.
Bəyanatda qeyd edilir ki, “dezinformasiya” ictimaiyyəti çaşdırmağa, qurumu gözdən salmağa xidmət edir və məsələni siyasi müstəviyə keçirmək cəhdidir.
Bildirilir ki, artan yük dövriyyəsi şəraitində beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələrinin maneəsiz keçidini təmin etmək məqsədilə Gürcüstanın bütün gömrük prosedurları xüsusi və aktiv rejimdə həyata keçirilir. Bütün gömrük-keçid məntəqələrində gömrük əməkdaşları həm fiziki şəxslər, həm də sərnişin və yüngül nəqliyyat vasitələrinə nəzarət prosedurlarını operativ şəkildə həyata keçirmək üçün 7/24 növbə rejimində işləyirlər.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bir daha hər kəsi yoxlanılmamış və yanlış məlumatlar yaymaqdan çəkinməyə çağırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]