Gürcüstan hökuməti ölkədə çörəyin qiymət artımının qarşısını almaq üçün tədbirlər görür
Tbilisi, 28 mart, AZƏRTAC
Gürcüstan hökuməti ölkədə çörəyin və digər un məmulatlarının qiymət artımının qarşısını almaq üçün tədbirlər görür. Bu məqsədlə tətbiq olunan dövlət proqramının müddəti iyunun 30-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkədə buğda ununun alınması üçün nəzərdə tutulan subsidiyanın verilməsi ilə bağlı dövlət proqramının müddəti martın 31-də başa çatır. Hökumət həmin müddəti daha üç ay artırıb. Eyni zamanda, subsidiyanın məbləği də artırılıb.
Birinci proqram müddətində hökumət çörək istehsalçılarına 50 kiloqramlıq birinci növ un üçün 10 lari (təqribən 3 ABŞ dolları) subsidiya verirdisə, aprel ayından bu məbləğ 15 lari olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]