Gürcüstan hökumətinin tərkibində dəyişikliklər olub
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Gürcüstan parlamenti ölkənin yeni Baş Naziri ilə yanaşı, nazirləri də təsdiq edib.
AZƏRTAC xəbər verir ki, əvvəlki hökumətin bəzi üzvləri yeni tərkibdə yer almayıblar.
Baş Nazir Qeorqi Qaxarianın kabinetində güc nazirləri dəyişdirilib.
Yeni hökumət təsdiq olunana qədər Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri işləmiş Vaxtanq Qomelauri Daxili İşlər naziri, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının siyasi katibi İrakli Qaribaşvili Müdafiə Naziri, buna qədər Müdafiə naziri işləmiş Levan İzoria isə Milli Təhlükəsizlik Şurasının katibi olub.
Digər nazirlər isə öz postlarında qalıblar. Bundan sonra hökumətdə 10 nazir və bir dövlət naziri fəaliyyət göstərəcək.
Beləliklə Maya Tskitişvili Regional İnkişaf naziri, Natela Turnava İqtisadiyyat və davamlı inkişaf naziri, David Zalkaliani Xarici İşlər naziri, İvane Maçavariani Maliyyə naziri, Mixail Batiaşvili Təhsil, elm, mədəniyyət və idman naziri, Levan Davitaşvili Kənd Təsərrüfatı və ətraf mühit naziri, Ekaterina Tikaradze Səhiyyə, sosial müdafiə, əmək və işğal olunmuş ərazilərdən məcburi köçkün düşənlərin işləri üzrə nazir, Teya Tsulukiani Ədliyyə naziri, Ketevan Tsixelaşvili isə Barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri vəzifələrini icra edəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]