Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstan İctimai Televiziyasının təmsilçisi: Şuşa Forumu beynəlxalq media əməkdaşlığını gücləndirir

Gürcüstan İctimai Televiziyasının təmsilçisi: Şuşa Forumu beynəlxalq media əməkdaşlığını gücləndirir

Bakı, 15 iyul, AZƏRTAC

Əvvəlcə qeyd etmək istərdim ki, Şuşa Qlobal Media Forumu çox yüksək səviyyədə təşkil olundu. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və media menecerlərinin bir araya gəlməsi fikir mübadiləsi və yeni əməkdaşlıqlar üçün dəyərli imkan yaratdı. Forumda müzakirə olunan mövzular müasir medianın qarşısında duran aktual çağırışları əhatə etdi. İnformasiyanın sərhəd tanımadığı bir dövrdə media arasında əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının və peşəkar dialoqun inkişafına töhfə verən mühüm platforma kimi çıxış etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gürcüstan İctimai Televiziyasının Azərbaycan, erməni və kürd dilli redaksiyalarının, həmçinin milli və dini azlıqlarla iş, media layihələri qrupunun rəhbəri Ramilia Əliyeva deyib.

Şuşa Qlobal Media Forumuna ev sahibliyi edən Şuşanın çox xüsusi və mənəvi dəyəri olan şəhər olduğunu deyən teleaparıcı vurğulayıb ki, burada tarixin, mədəniyyətin və müasir inkişafın vəhdəti aydın hiss olunur. Şuşa hər səfərində daha da abadlaşmış, gözəlləşmiş və canlanmış görünür. Şəhərə həyat qayıdıb, bu gün azad və rahat nəfəs alır. Forumun təşkilatçılığı da ən yüksək səviyyədə idi ki, bu, Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik olduğunu göstərir. Müxtəlif ölkələrdən gələn qonaqlar üçün yaradılan şərait də bunu təsdiqləyirdi.

Onun sözlərinə görə, Forumun ən maraqlı hissələrindən biri Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşü oldu. Üç saata yaxın davam edən görüşdə təkcə media məsələləri deyil, regionun geosiyasi gündəmi, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlər də müzakirə edildi. Xüsusilə Cənubi Qafqazın gələcəyi, regional əməkdaşlıq və sabitliklə bağlı səsləndirilən fikirlər diqqət çəkdi. Prezident İlham Əliyevin jurnalistlərin suallarını açıq, səmimi və ətraflı cavablandırması müxtəlif ölkələrdən gələn media nümayəndələrinə regionla bağlı məsələləri birbaşa müzakirə etmək və Azərbaycanın mövqeyini birinci mənbədən öyrənmək imkanı yaratdı. R.Əliyevanın fikrincə, bu görüş Azərbaycanın daxili və xarici siyasət prioritetlərini beynəlxalq media nümayəndələrinə birbaşa çatdırmaqla yanaşı, Cənubi Qafqazda əməkdaşlıq, qarşılıqlı etimad və dialoqun gələcəyinə dair mühüm mesajlarla yadda qaldı.

“Prezident İlham Əliyevin Şuşadakı çıxışı bizim üçün mühüm mesajlar verdi. Bu çıxış Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq münasibətlərinin regionun inkişafı və sabitliyində bundan sonra da mühüm rol oynayacağını bir daha təsdiqlədi. Mənim üçün Gürcüstan nümayəndəsi kimi, xüsusilə Gürcüstanla bağlı səsləndirilən fikirlər maraqlı oldu. Azərbaycan və Gürcüstan uzun illərdir enerji, nəqliyyat, ticarət və kommunikasiya sahələrində uğurlu əməkdaşlıq edir. Bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyi və Avropa ilə Asiya arasında əlaqələrin inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan və Gürcüstan mediası arasında əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensial var. Ortaq layihələr, təcrübə mübadiləsi və peşəkar dialoq, xüsusilə mürəkkəb geosiyasi şəraitdə və dezinformasiyaya qarşı mübarizədə hər iki tərəf üçün faydalıdır. Belə platformalar media sahəsində də strateji tərəfdaşlığın dərinləşməsinə, peşəkar əlaqələrin genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir”, - deyə jurnalist qeyd edib.

Süni intellektin mediada rolu barədə danışan R.Əliyeva bildirib ki, bu texnologiya artıq jurnalistikanın ayrılmaz hissəsinə çevrilir və media fəaliyyətini daha operativ, səmərəli edir. Bununla yanaşı, informasiyanın dəqiqliyi, faktların yoxlanılması və jurnalist etikasının qorunması əsas prioritet olaraq qalmalıdır. Bu, eyni zamanda, jurnalistlər üçün həm yeni baxışlar formalaşdırır, həm də peşəkar fəaliyyət baxımından dəyərli təcrübə qazandırır. Şuşa Qlobal Media Forumu da məhz belə geniş imkanlar yaradır. Belə beynəlxalq tədbirlər yeni baxışlar qazanmağa, müxtəlif ölkələrin media təcrübəsini öyrənməyə və gələcək əməkdaşlıqlar qurmağa şərait yaradır.

“Sonda bildirmək istərdim ki, media cəmiyyətləri bir-birinə yaxınlaşdıran, xalqları bir-birinə tanıdan ən güclü vasitələrdən biridir. Dəqiq, obyektiv və məsuliyyətli jurnalistika bu gün hər zamankından daha vacibdir. İnanıram ki, Şuşa Qlobal Media Forumu gələcək illərdə də beynəlxalq media ictimaiyyətini bir araya gətirən nüfuzlu platforma kimi fəaliyyətini uğurla davam etdirəcək, yeni əməkdaşlıqların yaranmasına, peşəkar dialoqun genişlənməsinə və regionumuzda dostluq körpülərinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”, - deyə o əlavə edib.

Müxbir - Ceyhun Xəlilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib