Gürcüstan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb
Tbilisi, 18 oktyabr, AZƏRTAC
ABŞ-ın müdafiə naziri Lloyd Austinin Gürcüstana səfəri çərçivəsində iki ölkənin Müdafiə nazirlikləri arasında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutan sənədi müdafiə nazirləri - Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar.
C.Burçuladze görüşdən sonra bildirib ki, ABŞ ilə möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafına, həmçinin bölgədə sülhün və təhlükəsizliyin qorunmasına imkan verir. Bu gün biz ABŞ ilə strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq.
Pentaqon rəhbəri isə bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir. Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcək, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcək və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]