Gürcüstan məktəblərində bomba həyəcanı yaşanıb
Tbilisi, 22 aprel, AZƏRTAC
Aprelin 22-də gecə saatlarından başlayaraq Gürcüstan məktəblərində bomba həyəcanı yaşanıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanları faktla bağlı məktəblərdə axtarış işləri həyata keçirib.
Sosial şəbəkədə Tbilisidəki məktəblərdə partlayıcı qurğu quraşdırılması və bununla əlaqədar dərslərin dayandırıldığı barədə məlumatlar yayılıb. Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi isə təhsilin dayandırılması barədə heç bir qərar qəbul etmədiyini bildirib.
“Təhsil rəsmi olaraq dayandırılmayıb, məktəblərdə bütün lazımi tədbirlər həyata keçirilir”, - deyə nazirliyin məlumatında bildirilib.
Qeyd edək ki, rusdilli “Telegram” kanalı Tbilisi məktəblərində terror aktları ilə bağlı hədələyici məlumatlar yayıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Xidmətin terrorla mübarizə bölmələri tərəfindən gecə ərzində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə heç bir partlayıcı maddə və qurğu aşkar edilməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]