Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Brüssel səfərindən yazır
Tbilisi, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri və keçirdiyi görüşlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “kavkasia.net (Kavkaz Online)”, “24news.ge”, “interpress.ge”, “aktual.ge” informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşləri barədə məlumatlar yayıblar.
Azərbaycan, rus, ingilis və gürcü dillərində dərc olunan materiallarda görüşlərin məzmunu və nəticələri barədə oxuculara məlumat çatdırılıb.
Xətayi Əizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi