Gürcüstan mətbuatı AZƏRTAC-ın təşəbbüsü ilə Tbilisidə keçirilən anım tədbirindən yazıb
Tbilisi, 16 yanvar, AZƏRTAC
AZƏRTAC-ın və M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən sərgi və konfrans Gürcüstan mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsinə malik “gaxa.ge” və “24news.ge” saytları muzeydə açılan sərgi və konfrans barədə yazıblar. Gürcüstanın “1TV.ge” televiziya kanalında da konfrans və sərgi barədə süjet yayımlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi