Gürcüstan mətbuatında Azərbaycanın müstəqilliyinə həsr olunmuş məqalə dərc edilib
Tbilisi, 24 may, AZƏRTAC
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində 28 May - Respublika Gününə həsr olunmuş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin kəlamları ilə başlayan məqalədə Azərbaycan xalqının müstəqillik və azadlıq uğurundakı mübarizəsindən bəhs olunur.
Məqalədə, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət müstəqilliyi ilə bağlı fikirləri də qeyd olunub.
Məqalənin müəllifi Qazaxıstan Respublikasının Türküstan vilayətinin Şimkənd şəhərindəki “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Natiq İbrahimovdur.
Müəllif Azərbaycan xalqının müstəqillik mübarizəsinin tarixi aspektlərini, eləcə də 1918-ci ilin 28 may tarixində Tbilisidə qəbul olunmuş Müstəqillik Bəyannaməsinin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Məqalədə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəbləri, eləcə də yenidən müstəqilliyinə qovuşmasının əsas prinsiplərindən də geniş bəhs olunur.
Bildirilir ki, məhz ulu öndər Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib və inkişaf edib.
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi