Gürcüstan parlamenti bu gün hökumətin yeni tərkibini təsdiq edəcək
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Gürcüstan parlamentində Baş Nazirin və hökumətin yeni üzvlərinin təsdiqi ilə bağlı müzakirələr başlayıb.
AZƏRTAC xəbər verir ki, bu gün parlament bütövlükdə çıxışları dinləyib hökumətin yeni tərkibini təsdiq etməlidir.
Əvvəlcə Baş Nazir vəzifəsinə Qeorqi Qaxarianın namizədliyi təsdiq olunmalıdır.
Artıq Q.Qaxaria və nazir postuna namizədlər parlamentin komitələrində və fraksiyalarda çıxış edib, öz proqramlarını təqdim ediblər.
Bəzi müxalifət partiyaları hökumətin təsdiqi ilə bağlı səsvermədə iştirak etməyəcəklərini bildiriblər.
İştirakçılar sabiq Daxili İşlər naziri Q.Qaxarianın Baş Nazir vəzifəsinə namizədliyinə etiraz edirlər.
Qeyd edək ki, sabiq Baş Nazir Mamuka Baxtadze sentyabrın 2-də vəzifəsindən istefa verib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]