Gürcüstan polisi xüsusi əməliyyat nəticəsində Kobuleti şəhərində xeyli sayda silah-sursat ələ keçirib
Tbilisi, 25 noyabr, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Kobuleti şəhərinin Aqmaşenebeli prospektindəki evlərin birində xüsusi əməliyyat keçiriblər.
AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində evdən çoxlu sayda silah-sursat, partlayıcı maddə və vasitələr ələ keçirilib, bir nəfər saxlanılıb.
Həmin şəxsin kimliyi və silah-sursatın həmin evdə hansı məqsədlə saxlanıldığı barədə məlumat verilmir. Bildirilir ki, saxlanılan şəxs həmin evdə kirayədə qalır.
Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi