GÜRCÜSTAN PREZİDENTİ ORDUYA PLANDANKƏNAR ÇAĞIRIŞ ELAN ETMİŞDİR
Hərbi xidmətə cəmi min adam çağırılacaqdır. Onlar Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət edəcəklər. Çağırışçıların ilk qrupunu hərbi hissələrə yanvarın 30-da göndərmək nəzərdə tutulur.
Xatırladaq ki, 2005-ci ilin payız çağırışı zamanı Gürcüstan Müdafiə Nazirliyi orduya yeni qüvvələr istəməmişdir. Onda bütün çağırışçılar Daxili İşlər Nazirliyi sistemində xidmətə və sərhəd qoşunlarına göndərilmişdi.