Gürcüstan Prezidentinin impiçmenti baş tutmayıb
Tbilisi, 18 oktyabr, AZƏRTAC
Gürcüstan parlamentində ölkə prezidentinin impiçment məsələsi ilə bağlı müzakirələr başa çatıb və səsvermə olub.
AZƏRTAC xəbər verir ki, prezidentin impiçmenti yetərli səs toplamadığı üçün baş tutmayıb. Parlamentin 150 deputatından yalnız 86-sı impiçmentin lehinə səs verib, qərarın qəbulu üçün isə minimum 100 səs tələb edilirdi.
Xatırladaq ki, bazar ertəsi günü Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin hökumətin icazəsi olmadan Avropaya səfərlər etməklə ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Məhkəmənin doqquz hakimindən altısı bu qərarı dəstəkləyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]