Gürcüstanda çörək, un və un məmulatlarının qiyməti arta bilər
Tbilisi, 27 noyabr, AZƏRTAC
Gürcüstanda çörək istehlakçıları yaxın vaxtlarda ölkədə un və un məmulatlarının, xüsusən çörəyin qiymətinin artacağı barədə xəbərdarlıq edirlər. Onlar un və un məmulatlarının qiymətini sabit saxlamaqda çətinliklə üzləşiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Buğda və Un İstehsalçıları Assosiasiyası və Çörək İstehsalçıları Birliyinin yaydığı birgə bəyanatında deyilir.
Qeyd olunur ki, dövlət daxili bazarında stimullaşdırıcı tədbirlər görməsə, birinci növ buğda ununun 50 kiloqramlıq kisəsi 10 lari bahalaşacaq ki, bu da əldə olunacaq məhsulun qiymətinə təsir göstərəcək.
Dövlətin bazara müdaxilə etməyəcəyi halda çörək və unun cari qiymətini sabit saxlamaq mümkün olmayacaq.
Qeyd edək ki, COVID-19 pandemiyasının mart-aprel aylarındakı birinci dalğası zamanı Gürcüstan hökuməti buğda və birinci növ unun idxalı ilə bağlı subsidiya proqramı həyata keçirib. Məqsəd unun qiymətini sabit saxlamaq və ölkədə buğda ehtiyatının yaradılması olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]