Gürcüstanda COVID-19 virusuna daha 204 yoluxma halı qeydə alınıb
Tbilisi, 8 fevral, AZƏRTAC
Son sutka ərzində Gürcüstanda 6 min 593 nəfər koronavirusla əlaqədar test olunub. Nəticədə 204 nəfərdə bu infeksiya aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası rəhbərinin müavini Berdiya Siçinava bu gün keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 262 min 228 nəfərə çatıb.
Ölkədə gündəlik yoluxma səviyyəsi 3,09 faiz, həftəlik 3,69 faiz, son 14 gündə isə 3,84 faiz təşkil edib.
Onun sözlərinə görə, son sutka ərzində 736 nəfər bu virusdan sağalıb və sağalanların ümumi sayı 254 min 350 nəfər təşkil edib.
Pandemiya qurbanlarının da sayı daha 15 fakt artaraq 3 min 298-ə çatıb.
Hazırda ölkədə 446 nəfər karantində, 13 min 531 nəfər özünütəcrid rejimindədir.
Xəstəliyi yüngül keçirən daha 295 nəfər isə klinik hotellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]