Gürcüstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 235 min 491 nəfərə çatıb
Tbilisi, 7 yanvar, AZƏRTAC
Gürcüstanda son sutka ərzində 15 min 492 nəfər koronavirus testindən keçirilib. Nəticədə 1612 nəfərdə COVID-19 virusuna yoluxma halı təsdiqlənib. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 235 min 491-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib.
Bildirilir ki, son sutka ərzində 419 nəfər sağalıb və bununla da koronavirusdan müalicə olunan xəstələrin ümumi sayı 223 min 695 nəfərdir.
Son 24 saat ərzində daha 28 nəfər pandemiyanın qurbanı olub və bu xəstəlikdən ölənlərin sayı 2 694-ə çatıb.
Koronavirusa yoluxma sayına görə, paytaxt Tbilisi yenə də liderdir. Son sutka ərzində COVID-19-a yoluxanların 670-i Tbilisidə olub. İkinci yerdə 257 nəfərlə İmereti bölgəsi, üçüncü yerdə 107 nəfərlə Şidi Kartli bölgəsidir.
Azərbaycanlıların daha çox yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində 106 yoluxma halı qeydə alınıb.
Hazırda Gürcüstanda 9076 aktiv koronavirus xəstəsi var, onların da 1916-sı paytaxt Tbilisidədir.
Ağır vəziyyətdə olan 856 xəstənin də 359-u Tbilisidədir.
Bildirilir ki, hazırda Gürcüstanda 491 nəfər karantində, 742 nəfər isə kovid otellərdə saxlanılır.
Daha 24 084 nəfər özünü təcrid rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]