DÜNYA
Gürcüstanda daha 1177 nəfərdə koronavirus aşkarlanıb
Tbilisi, 15 yanvar, AZƏRTAC
Son sutka ərzində Gürcüstanda 15 min 205 nəfər COVID-19 virusu ilə əlaqədar test olunub. Nəticədə 1177 nəfərində koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilib ki, son 24 saat ərzində 837 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər pandemiyanın qurbanı olub.
Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 245 min 789-a, müalicə olunanların sayı 229 min 196-ya, koronavirusdan ölənlərin ümumi sayı isə 1 893-ə çatıb.
Hazırda Gürcüstanda 13 min 674 aktiv COVID-19 xəstəsi, karantin zonalarında 499, kovid otellərdə 648 nəfər var.
Daha 23 min 772 nəfər özünütəcrid rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi