Gürcüstanda iki nazirlik fəaliyyətini yenidən bərpa edə bilər
Tbilisi, 6 sentyabr, AZƏRTAC
Gürcüstanda 2017-ci ildə ləğv edilərək başqa nazirliklərin tabeçiliyinə verilmiş iki nazirlik fəaliyyətini yenidən bərpa edə bilər.
AZƏRTAC xəbər verir ki, söhbət Elm və Təhsil Nazirliyinə birləşdirilmiş Mədəniyyət, həmçinin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə birləşdirilmiş Energetika nazirliklərinin fəaliyyətinin yenidən bərpasından gedir.
Elm, Təhsil, Mədəniyyət və İdman naziri vəzifəsinə namizəd Mixeil Batiaşvili jurnalistlərə açıqlamasında deyib ki, mədəniyyət sahəsi olduqca zəngin və ciddi sahə olduğu üçün Mədəniyyət Nazirliyinin fəaliyyətini yenidən bərpa etməsi yaxşı olardı.
Onun sözlərinə görə, bununla bağlı hökumətə təklif verilib.
Parlamentin deputatı Revaz Arveladze isə Energetika Nazirliyinin fəaliyyətinin bərpası ilə bağlı təklif irəli sürüb.
Onun sözlərinə görə, Energetika Nazirliyinin ləğvi ciddi səhv olub.
R.Arveladze Energetika Nazirliyinin bərpa olunması ilə bağlı hazırladığı məktubu Baş Nazirə təqdim edəcəyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]