Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb
Tbilisi, 19 yanvar, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutka ərzində ölkədə daha 1550 nəfərdə COVID-19 virusu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopogov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, son 24 saat ərzində 494 nəfər koronavirusdan müalicə olunaraq sağalıb, 15 nəfər isə pandemiyanın qurbanı olub.
Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 249 min 465-ə, sağalanların sayı 235 min 130-a, pandemiya qurbanlarının sayı isə 2973-ə çatıb.
Hazırda ölkə üzrə karantin rejimində 472, stasionar nəzarətdə 3 656 nəfər var. Daha 563 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]