Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma və virusdan ölüm halları ilə bağlı yeni antirekord qeydə alınıb.
Son sutka ərzində ölkədə daha 3 473 nəfərdə koronavirus təsdiqlənib, 37 pasiyent isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 73 min 154-ə, pandemiya qurbanlarının sayı isə 636-ya çatıb.
Hazırda karantin rejimində 2 447, stasionar nəzarətdə 4 957 nəfər saxlanılır.
Xəstəliyi yüngül formada keçirən 3 413 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]