GÜRCÜSTANDA LEYSAN YAĞIŞLARI İNSAN TƏLƏFATINA SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda araverməyən güclü leysan yağışları dağ çaylarını məcrasından çıxarıb Böyük Qafqazın güney yamacındakı etnik çeçenlərin məskunlaşdığı Axmeta rayonuna ciddi ziyan vurmuşdur.
Pankisi dərəsində torpaq sürüşməsi nəticəsində ata-oğul Omar və Ərbi Acişvililər və Aleko Tedeşvili həlak olmuşlar. Şahidlərin dediyinə görə, xeyli axtarışdan sonra onların cəsədlərini tapmaq mümkün olmuşdur.
Leysan yağışları Gürcüstanda 3 gün ara vermədən yağmışdır. Qərbi Gürcüstanda məcrasından çıxan çaylar yolları və körpüləri dağıtmışdır. Qara dənizin çoxalan suyu Poti şəhərində evlərin 1-ci mərtəbəsini basmışdır. Daşqın nəticəsində Salencixa rayonu ətraf aləmdən tərcid olunmuşdur.
Hazırda hökumət dəyən ziyanın ödənilməsi sahəsində tədbirlər görür. Gürcüstan parlamentinin sədri David Bakradze bir neçə deputatla Pankisidərəsinə gedərək vəziyyətlə tanış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]