Gürcüstanda radikal millətçi qruplaşmanın 16 üzvü həbs edilib
Tbilisi, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Gürcüstan polisi ölkə daxilində radikal millətçi qruplaşmaya qarşı əməliyyat həyata keçirib, 16 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, saxlanılanlar arasında 10 azyaşlı da var. "Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aylarla davam edən cinayət araşdırması nəticəsində məlum olub ki, qruplaşma üzvləri özlərini neonasist adlandırırlar və faşist ideologiyası ilə idarə olunurlar. Qrup üzvləri mobil telefonlarda qurbanlara qarşı zorakılığı, alçaldıcı hərəkətləri, fiziki və psixoloji təzyiqi əks etdirən foto və videolar çəkərək müxtəlif internet platformalarında yayımlayıblar. Nəticədə dördü azyaşlı olmaqla, on nəfərdən çox insan yaralanıb.
Təqsirləndirilən şəxslərin evlərində axtarış zamanı müxtəlif elektron cihazlar, nasist simvolları, silahlar müsadirə edilib.
Bildirilib ki, radikal faşist qruplarının iki lideri - Levan Abesadze və Davit Japarov artıq oxşar ittihamlarla bir neçə ay əvvəl həbs olublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]