Gürcüstandan Rusiyaya gedən avtomobil yolu yenidən bağlanıb
Tbilisi, 8 fevral, AZƏRTAC
Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars avtomobil yolu yenidən bağlanıb.
AZƏRTAC xəbər verir ki, yolun bağlanmasına güclü qar, çovğun, yolların buz bağlaması və qar uçqunu səbəb olub. Hazırda yolda qalan avtomobil sahiblərinə yardım göstərilir, qar altında qalan avtomobillər və sürücülər təhlükəsiz əraziyə aparılır.
Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 1000-dək avtomobil dayanıb. Onların 600-dən çoxu yük maşınıdır. Magistralda qalan avtomobillərin böyük əksəriyyəti Ermənistana məxsusdur.
Qeyd edək ki, Yuxarı Lars yolu Gürcüstan ilə Rusiya arasında yeganə quru yoludur. Ermənistanla Rusiyanı bağlayan yeganə quru keçidi də məhz Gürcüstan ərazisindəki Yuxarı Lars yoludur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]