Gürcüstanın Baş naziri Türkiyənin ticarət naziri ilə regional əməkdaşlıq məsələlərini müzakirə edib
Tbilisi, 16 iyul, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Türkiyənin ticarət naziri Ömər Bolatla görüşüb.
Görüşdə ikitərəfli və regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Tbilisidə keçirilən Gürcüstan-Türkiyə biznes-forumunun əhəmiyyəti xüsusi qeyd olunub.
Söhbət zamanı Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin önəmi vurğulanıb.
Tərəflər ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf dinamikasından məmnunluq ifadə ediblər.
Danışıqlar zamanı tərəflər regional əhəmiyyətli birgə layihələr, o cümlədən artan ticarət dövriyyəsi və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Baş nazir İrakli Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təmininə töhfə verməyə hazır olduğunu vurğulayıb və regionda təhlükəsizliyin qorunmasının əhəmiyyətini qeyd edib.
Hökumət başçısı, həmçinin Türkiyə nümayəndə heyətini oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştiraka dəvət edib.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]