Gürcüstanın keçmiş Baş naziri həbs edilib
Tbilisi, 12 yanvar, AZƏRTAC
Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili yanvarın 12-də həbs olunub.
AZƏRTAC xəbər verir ki, İ.Qaribaşvili məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Gürcüstan Baş Prokurorluğundan bildirilib ki, təqsirləndirilən sabiq Baş nazirlə prosessual razılaşma bağlanılıb. Razılaşmaya əsasən, ona Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib.
Bundan başqa, sabiq Baş nazirə əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Həmçinin cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.
İ.Qaribaşvili törətdiyi cinayəti etiraf edib və prosessual razılaşmanın şərtləri ilə razılaşıb.
Məhkəmə Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatətini təmin edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]